logo

Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb

09:09 10-10-2024 | icon 1456
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobili 90 yaşlı D.Məmmədovu vurub.

Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.