logo

Bakıda boya sexində yanğın olub

15:15 27-09-2024 | icon 3311
Bakıda boya sexində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.