Sabirabadda 17 yaşlı oğlan su kanalına düşərək boğulub.
YeniAvropa xəbər verir ki, hadisə günorta saatlarında rayonun Məmişlər kəndindən keçən su kanalında qeydə alınıb.
əmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda axtarışlar davam edir.