logo

Şamaxıda ağır avtoqəzada 16 yaşlı sürücü ölüb

13:53 22-08-2024 | icon 7896
Şamaxıda ağır avtoqəzada 16 yaşlı sürücü ölüb

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, rayonun Əngərxan kənd sakini 16 yaşlı Əsgərov Emil Oktay oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı Emil Əsgərov hadisə yerində ölüb.

Araşdırma aparılır.