logo

Gəncədə "NIVA" yolu keçən 2 piyadanı vurub:1 nəfər ölüb

19:18 30-06-2024 | icon 4508
Gəncədə "NIVA" yolu keçən 2 piyadanı vurub:1 nəfər ölüb

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "NIVA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Əli Məmmədlini və 2009-cu il təvəllüdlü İsmayıl Məmmədovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onlardan Ə.Məmmədli xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.