logo

Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb

12:52 06-09-2024 | icon 2898
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb

NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir.

YeniAvropa xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirilən mətbuat konfransında bildirib.

“Ukraynanın indi hərbi dəstəyə daha çox ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir”, - deyə o, alyans ölkələrini Kiyevi dəstəkləməkdə davam etməyə çağırıb.

Stoltenberq bir daha bəyan edib ki, Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq Rusiya ilə “sərhəddə bitmir”.

Kiyev öz tərəfdaşlarından daim daha müasir silahlar və uzaq mənzilli raketlər istəyir. Rusiya tərəfi isə öz növbəsində dönə-dönə vurğulayır ki, Qərbin Kiyevə silah verməsi və Ukrayna hərbçilərinin təliminə yardım etməsi yalnız münaqişəni uzadır və döyüş meydanında vəziyyəti dəyişmir.