Parlament Milli Məclisə növbədənkənar seçkilərin təyin olunmasını belə əsaslandırdı
İyunun 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Birinci məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi ilə bağlı olub.
S.Qafarova diqqətə çatdırıb ki, prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi müasir dövrün ən dinamik inkişaf edən və beynəlxalq aləmdə xüsusi çəkisi olan dövlətlərindən birinə çevirib. Azərbaycan dövlətinin başçısına xas olan müstəsna liderlik qabiliyyəti və yenilməz siyasi iradə, eyni zamanda, ölkədə mövcud olan güclü milli həmrəylik cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük uğurlara yol açıb.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilib. Paytaxt Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlərdən biri də COP29-dur. Bu tədbir noyabr ayında Azərbaycanda keçiriləcək. Ölkələrin təmsilçiliyi baxımından bu mötəbər beynəlxalq tədbir üçün Azərbaycanın ev sahibi seçilməsi bizim dövlətimizə növbəti dəfə göstərilən böyük etimad və hörmətin ifadəsi olmuşdur.
Milli Məclisin sədri xatırladıb ki, 2020-ci ilin fevral ayında Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq ötən dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılıb.
S.Qafarova qeyd edib ki, Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.
Beləliklə, ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai-siyasi həyatımızda böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin vaxtı noyabr ayına təsadüf edir. Bu beynəlxalq tədbirlərin və parlament seçkilərinin yüksək səviyyədə təşkil edilməsi dövlətimiz üçün ən böyük əhəmiyyətə malik olan məsələlərdir.
Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli bu tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə, habelə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradacaq.
Digər tərəfdən, beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır.
Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir.
Sahibə Qafarova deyib ki, bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri ona müraciət ediblər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması məsələsinə baxılmasını xahiş ediblər.
Sonra Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların müraciətinin mətnini oxunub.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair hüquqi şərh verib. O, Konstitusiyanın 98-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin olunması barədə Prezidentə müraciət edilməsi məsələsinin məqsədəmüvafiq hesab olunduğunu bildirib.
Sonra məsələ ətrafında müzakirələr aparılıb.
Daha sonra qərar layihəsinin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri Milli Məclis sədrinin müavini Adil Əliyev, üzvləri isə parlamentin komitə sədrləri Siyavuş Novruzov, Tahir Rzayev, komissiya sədri Eldar Quliyev, deputatlar Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai seçiliblər.
Məsələ ilə bağlı müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Tahir Mirkişili, Musa Quliyev, Əhliman Əmiraslanov, komissiya sədri Eldar İbrahimov, deputatlar Soltan Məmmədov, Fatma Yıldırım, Jalə Əliyeva çıxış ediblər.
Sonra parlamentin sədri Sahibə Qafarova komissiyanın öz işini bitirdiyini və qərar layihəsinin hazır olduğunu söyləyib.
İclasda komitə sədri Tahir Rzayev Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsini diqqətə çatdırıb.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra gündəlikdə yer alan növbəti 12 məsələ müzakirə olunub.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb