logo

Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

10:17 23-05-2024 | icon 1855
Tacikistan prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Tacikistan prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib.

Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Tacikistan prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.