Mayın 4-də keçirilən Müsavat Partiyasının XI qurultayında 10 ildən sonra İsa Qəmbər yenidən partiyanın başqanı seçilib.
YeniAvropa xəbər verir ki, Müsavat Partiyasının məlumatına görə, qurultayda iştirak edən 289 nümayəndədən 282 nəfəri səsvermədə iştirak edib. Onlardan 275-i İsa Qəmbərin lehinə, 3 nəfəri əleyhinə səs verib. Qalan 4 nəfər isə səsvermədə iştirak etməyib.
Qurultay həmçinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının 7 üzvünü və Məclis üzvlərini seçib.
Müsavat Partiyasının qurultayı Azərbaycanda insan haqlarının pozulması, partiyanın üzvü Tofiq Yaqublunun, siyasi motivlərlə tutulan bütün fəalların və jurnalistlərin azadlığa buraxılmasını tələb edən bəyanatlar qəbul edib.