Cari ilin yanvar-mart ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən YeniAvropa-ya bildirilib ki, bugünədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-dək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.
“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.