logo

Moskvada terror aktında ölən 115 nəfərdən biri azərbaycanlıdır

14:44 23-03-2024 | icon 2408
Moskvada terror aktında ölən 115 nəfərdən biri azərbaycanlıdır

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə ə Rusiya İstintaq Komitəsindan məlumat verilib.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.

Bu arada Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib. Siyahıda azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.

Ölənlərin sayının arta biləcəyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.