logo

Hakan Fidan sabah ABŞ-a rəsmi səfər edəcək

14:14 06-03-2024 | icon 1806
Hakan Fidan sabah ABŞ-a rəsmi səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-də ABŞ-a rəsmi səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, ikigünlük səfər çərçivəsində Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqunun növbəti toplantısı keçiriləcək. Hakan Fidanın ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşü də nəzərdə tutulur. Görüşdə regional və qlobal məsələlər, habelə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılması gözlənilir.