logo

Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır

15:35 01-03-2024 | icon 2044
Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır.

YeniAvropa xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, respublikanın ikitərəfli nizamlanma üzrə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülh problemlərinə dair panel müzakirədə deyib.

“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına hazırdır. Əgər Serdar Kılıç (Türkiyənin xüsusi nümayəndəsi) razılaşarsa, biz bunu məhz indi, bu gün elan edə bilərik”, - deyə Ruben Rubinyan bildirib.

Serdar Kılıç isə öz növbəsində ermənistanlı həmkarını gələn həftə İrəvanda görüşməyə və bunu orada “tarixi hadisəyə” çevirməyə çağırıb.