logo

İranda parlament seçkiləri: 14 min 912 namizəd mübarizə aparır

11:11 01-03-2024 | icon 2037
İranda parlament seçkiləri: 14 min 912 namizəd mübarizə aparır

Bu gün İranın bütün əyalətlərində Ekspertlər Şurasına və Məclisə (birpalatalı parlament) seçkilər keçirilir.

YeniAvropa "Mehr" agentliyinə istinadla xəbər verir ki, İran Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 18:00-dək açıq olacaq. Qurumun nümayəndəsi Möhsün İslami ehtiyac yarandığı təqdirdə səsvermə vaxtının uzadılacağını da istisna etməyib.

İranda Ekspertlər Şurasına seçkilər hər 8 ildən bir keçirilir. Şura 88 nüfuzlu ruhanidən formalaşdırılır.

Bu il İran parlamentinə seçkilərdə 14 min 912 namizəd iştirak edir. Beləliklə, parlamentdə bir yer uğrunda 51 nəfər mübarizə aparır. Seçkilər zamanı təhlükəsizliyin qorunmasına 190 minə yaxın hərbçi və polis cəlb olunub.

Dünya Bankının 2022-ci ilə olan məlumatına görə, İranda 88 milyondan çox insan yaşayır və 60 milyona yaxın iranlının səsvermə hüququ var.