Xırdalana və Bakı aeroportuna (Heydər Əliyev Beynəlxalq Aeroportu) metro xətti azı növbəti planlarda nəzərə alına bilər.
YeniAvropa xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun yaranmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.
O əlavə edib ki, Bakının inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma sözügedən stansiyaların tikintisi planlaşdırılmayıb.