Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək.