logo

UEFA Avropa Liqası: “Qarabağ” bu gün pley-offda cavab matçına çıxır

09:09 22-02-2024 | icon 1449
UEFA Avropa Liqası: “Qarabağ” bu gün pley-offda cavab matçına çıxır

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.

İlk matçda rəqibini 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun başçılıq etdiyi komanda 1/8 finala adlamaq üçün üstünlüyü qorumağa çalışacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də start götürəcək. Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.