Fikrimizi tam olaraq “Braqa” ilə oyuna yönəltmişik-Qurban Qurbanov
“ “Braqa” ilə oyun bizim üçün çox vacib və dəyərli oyundur. Fikrimizi tam olaraq rəqibə yönəltmişik”.
YeniAvropa xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
52 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsi onları aldatmamalıdır: “Cavab görüşündə daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım daha istəkli və soyuqqanlı olacaqlar. Sabahadək vaxtımız var. Hər şey plana uyğun gedir. Zədəli oyunçumuz yoxdur. Matçı yaxşı notlarla başa vurmaq istəyirik. Əlimizdə şans varsa, bundan istifadə etməyə çalışırıq”.
Q.Qurbanovun sözlərinə görə, "Braqa"nın öz meydanında “Qarabağ”a uduzması onların zəif olduğu anlamına gəlməməlidir: "Rəqibimiz çox böyük klubdur. Sürətli və bacarıqlı futbolçuları, bir çox rəqibə xoş olmayan oyun üslubları var. Həmçinin avrokubok təcrübələri çoxdur".
Baş məşqçi deyib ki, beynəlxalq arenada qalib gəlmək azarkeşlərin inamını artırmaq baxımından çox vacibdir: "Təbii ki, belə oyunlarda qələbə bizi daha çox sevindirir. Çünki bu, böyük uğurdur. Belə nailiyyətləri əldə etmək üçün çox çalışırıq. İnsanların sevincini görəndə növbəti görüşlərə həvəslə çıxırıq. Qələbə qazananda nəinki azarkeşlər, dövlətimizin də futbola və idmana marağı artır. Mən həmişə istəmişəm ki, ölkəmizə xarici klublar gəlsin və insanlarda futbola sevgi, həvəs çoxalsın".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır