logo

Bu gün Azərbaycan Kubokunda ilk yarımfinalçı bəlli olacaq

13:53 08-02-2024 | icon 1001
Bu gün Azərbaycan Kubokunda ilk yarımfinalçı bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 17:00-da start götürəcək. İlk oyun “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüş isə Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Sabah” komandaları arasında gerçəkləşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. İlk matçda Ağdam klubu 7:1 hesabı ilə qalib gəlib.

1/4 final mərhələsinin digər cavab matçları isə fevralın 9-da baş tutacaq. “Qəbələ” eyniadlı şəhər stadionunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçın start fiti 19:00-da səslənəcək. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.

Son matçda isə “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. “Neftçi Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Tərəflərin ilk duelində Bakı təmsilçisi qələbə qazanıb – 3:2.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunları

8 fevral (cümə axşamı)

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Namiq Əliyev

Zirə İdman Kompleksinin stadionu.

20:00. “Qarabağ” – “Sabah”

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Nicat İsmayıllı

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu.

9 fevral (cümə)

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu.

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”.