logo

Qızıl Avropa Liqası: Azərbaycan millisinin oyun təqvimi açıqlanıb

15:15 07-02-2024 | icon 1099
Qızıl Avropa Liqası: Azərbaycan millisinin oyun təqvimi açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi bəlli olub.

YeniAvropa xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.

Yığma bu matçda nominal meydan sahibi olacaq.

Azərbaycan millisi bir gün sonra isə eyni məkanda Slovakiyanı sınağa çəkəcək.

Qeyd edək ki, milli komanda oyunlarını Xorvatiya ilə yanaşı, Rumıniya və Azərbaycanda da keçirəcək.

 17 may

19:00. Azərbaycan – Xorvatiya

Qradski tədris və idman zalı (Xorvatiya)

 18 may

15:00. Slovakiya –Azərbaycan

Qradski tədris və idman zalı (Xorvatiya)

 24 may

17:00. Azərbaycan – Rumıniya

“Sala Polivalenta” idman zalı, (Rumıniya)

25 may

17:00. İsveç – Azərbaycan

“Sala Polivalenta” idman zalı, (Rumıniya)

 31 may

18:00. Estoniya – Azərbaycan

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi