logo

İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edir

12:31 31-01-2024 | icon 1218
İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edir

İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.

YeniAvropa xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.