logo

MSK Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb

17:33 30-01-2024 | icon 1316
MSK Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb

Rusiya Mərkəzi Seçki Komissiyası(MSK) prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı barədə açıqlama dərc edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Putinin 6 il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl (750 min ABŞ dolları) təşkil edib. Həmçinin Sankt-Peterburqda mənzil (77 kv.m) və qaraj (18 kv.m.), eləcə də üç avtomobil qeyd edilib.

Vladimir Putinin 54 416 604,52 rubl (təxminən 604 min ABŞ dolları) və “PJSC Bank Sankt-Peterburq”un 230 səhmi (bir səhmin nominal dəyəri 11,81 rubl) olan 10 bank hesabı var.

Dövlət başçısı Moskvada mənzilə (153,7 kv.m.) və Sankt-Peterburqda qeyri-müəyyən istifadə üçün nəzərdə tutulmuş parkinq yerinə (18 kv.m) sahibdir.