logo

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

16:16 25-01-2024 | icon 2044
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib

Ukrayna Futbol Assosiasiyasının (UAF) yeni prezidenti bəlli olub.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenko seçilib.

Veteran hücumçu bu posta yeganə namizəd olub. UAF rəsmiləri onun təyinatını yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Andrey Şevçenko karyerası ərzində ölkəsinin “Dinamo” (Kiyev), İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında çıxış edib. Milli komandada 111 oyun keçirən keçmiş forvard 48 qol vurub.