logo

Dövlət Su Ehtiyatları Agentliyi abonentlərinin sayını açıqlayıb

14:34 19-01-2024 | icon 1372
Dövlət Su Ehtiyatları Agentliyi abonentlərinin sayını açıqlayıb

Cari ilin 1 yanvar tarixinə Azərbaycanda 1 823 757 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Ötən il “Azərsu” ASC abonentlərinin sayı 4,3 faiz artıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən YeniAvropa-ya bildirilib ki, abonentlərin 1750522-si və ya 96 faizi əhali, 73235-i və ya 4 faizi qeyri-əhali qrupu abunəçiləridir.

İl ərzində abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Bu il yanvarın 1-dən abonentlərin 90,2 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,9 faiz, qeyri əhali qrupu üzrə isə 95,9 faiz təşkil edir.