logo

Ölkədə aktiv sahibkarların sayı 759 mini ötür-ASK sədri

12:52 12-01-2024 | icon 1197
Ölkədə aktiv sahibkarların sayı 759 mini ötür-ASK sədri

Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 759 mindən çoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev "Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda keçirilən tədbirdə deyib.

ASK prezidenti qeyd edib ki, ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.

“Ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 200-ə çatıb. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək və sair tədbirlər də ixracın artımını stimullaşdırır. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar", - deyə M.Musayev qeyd edib.