logo

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 761 mini ötür

11:44 12-01-2024 | icon 1204
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 761 mini ötür

Bu il yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 % artaraq  761,7 min vahid təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 45,7 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəli ilə müqayisədə 14,4 % çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,1 % artaraq 204,6 minə çatıb.