logo

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçiriləcək

21:41 11-01-2024 | icon 1169
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçiriləcək

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə Azərbaycan istehsalçılarının milli məhsullarının dequstasiya seriyasını təşkil edəcək.

YeniAvropa xəbər verir ki, dequstasiya seriyası yanvarın 13-də “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində keçiriləcək.

“Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunacaq. Qonaqlar milli ənənəvi Azərbaycan çayının, mövsümi meyvələrdən hazırlanan kompotların, Şamaxının qərb hissəsindən olan məşhur üzümlüklərin orqanik şərabının dadına baxmaq fürsəti əldə edəcəklər. Təşkil olunacaq viktorinalarda qalibləri “Azərbaycan” pavilyonundan mükafatlar gözləyir.