logo

Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib

17:34 11-01-2024 | icon 14280
Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev yanvarın 11-də əməkdar incəsənət xadimi, nasir, şair, tərcüməçi, kinodramaturşair Baba Vəziroğlunun ordenlə təltif edilməsi haqda sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyde dək ki, Baba Vəziroğlu 10 yanvar 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. O, 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 2000-ci ildə "Humay" mükafatı laureatı olan Baba Vəziroğlu bir çox sevilən mahnıların söz müəllifidir.