logo

Azərbaycan Rusiyaya 1,5 milyon yumurta ixrac edib

14:14 11-01-2024 | icon 2940
Azərbaycan Rusiyaya 1,5 milyon yumurta ixrac edib

Azərbaycan Rusiyaya daha 306 min ədəd yumurta tədarük edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti(“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18,63 ton (306 min ədəd) yumurta gətirilib.

Bununla da ölkəmizdən Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) ixrac edilib.