logo

Paytaxtda “Makarov” tapançası satmaq istəyən şəxs tutulub

15:15 09-01-2024 | icon 581
Paytaxtda “Makarov” tapançası satmaq istəyən şəxs tutulub

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini 1962-ci il təvəllüdlü Əziz Zeynalovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üstünə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və iki ədəd sandıqça aşkar edilərək götürülüb.

Ə.Zeynalov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.