logo

Emin Ağalarov Bakıda yeni  musiqi festivalı təşkil edəcək

15:15 07-01-2024 | icon 13531
Emin Ağalarov Bakıda yeni  musiqi festivalı təşkil edəcək

Dubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək "Sea Breeze Resort" istirahət  mərkəzində “DREAM FEST 2024” beynəlxalq musiqi festivalı təçkil edəcək. 

YeniAvropa xəbər verir ki, bu barədə Emin Ağalarovun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası geniş olacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar.

“Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, – deyə festivalın təşkilatçısı Emin Ağalarov festivalı şərh edərək bildirib.