logo

Bakıda avtomobil piyadanı vurub

09:09 06-01-2024 | icon 721
Bakıda avtomobil piyadanı vurub

Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub. Göstərilən müdaxilələrə baxmayaraq qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.