logo

Azərbaycanın idman tarixində rekord göstərici: 1472 medal

13:53 29-12-2023 | icon 1792
Azərbaycanın idman tarixində rekord göstərici: 1472 medal

Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, ümumilikdə il ərzində 1472 medal əldə olunub. Bu Azərbaycanın idman tarixində rekord göstəricidir.

Medallardan 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.