Bu gün futbol üzrə Türkiyə Superkubokun qalibinin adına aydınlıq gələcək.
YeniAvropa xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində üz-üzə gələcək.
“Əl-Əvval Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu və İtaliya millisinin baş məşqçisi Roberto Mançini kimi məşhur futbol adamları da izləyəcəklər.