logo

Güclü qar və külək Gürcüstanda ciddi problemlər yaradıb

15:15 25-12-2023 | icon 1883
Güclü qar və külək Gürcüstanda ciddi problemlər yaradıb

Son iki gündə Gürcüstan ərazisində yağan güclü qar, külək və qasırğa ciddi problemlər yaradıb.

YeniAvropa xəbər verir ki, ən kəskin vəziyyət Gürcüstanın qərbində yaranıb. Güclü külək Batumidə və ətraf bölgələrdə evlərin dam örtüyünü uçurub, ağaclar avtomobillərin üstünə aşıb, infrastruktura ciddi ziyan dəyib.

Rusiya, Türkiyə və Ermənistana gedən avtomagistrallarda, eləcə də ölkədaxili bəzi yollarda iritutumlu, qoşqulu avtomobillərin hərəkəti tam dayandırılıb. Gəmilərin Qara dəniz limanlarına yan almasında problemlər yaranıb.

Paytaxt Tbilisidən Qərb istiqamətinə gedən qatarlar da müxtəlif ərazilərdə dayanıb. Ən acınacaqlı vəziyyət dəmir yolu xəttinin Tsipa hissəsində yaranıb. Artıq bir neçə saatdır ki, insanlar güclü qarın əsirinə çevrilib.