"Neftçi” baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.
Klubdan YeniAvropa-ya verilən məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Rumıniyalı mütəxəssisi bu vəzifədə monteneqrolu Miodraq Bojoviçin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" cari mövsümün əvvəlində Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı.