logo

Xankəndiyə gedərkən qəzaya düşən PFL-in prezidenti palataya köçürülüb

13:33 24-12-2023 | icon 1792
Xankəndiyə gedərkən qəzaya düşən PFL-in prezidenti palataya köçürülüb

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının(PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Xatırladaq ki, PFL-in 6 əməkdaşı dekabrın 16-sı saat 07:05 radələrində Xankəndiyə gedərkən qəzaya düşüblər.