logo

Paytaxtda bu il 47 mindən çox şagird məktəbini dəyişdirib

10:50 19-12-2023 | icon 6657
Paytaxtda bu il 47 mindən çox şagird məktəbini dəyişdirib

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 min 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

BŞTİ-dən YeniAvropa-ya bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.