logo

Qarabağ Universitetinin tabeliyində Peşə məktəbi yaradılacaq

12:12 18-12-2023 | icon 6643
Qarabağ Universitetinin tabeliyində Peşə məktəbi yaradılacaq

Qarabağ Universitetinin tabeliyində Peşə məktəbinin yaradılması ilə bağlı müzakirələr aparılır.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

“İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Artıq orada ümumtəhsil müəssisələri fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin sayı artdıqca peşə təmayüllü siniflərin təşkili həyata keçiriləcək”, - deyə nazir müavini bildirib.