logo

32 min müəllimin əməkhaqqına əlavələr edilib-Nazir

11:33 15-12-2023 | icon 6468
32 min müəllimin əməkhaqqına əlavələr edilib-Nazir

Ümumilikdə 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub. 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əməkhaqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əməkhaqqı alır.