logo

Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 tələbə qəbul edəcək

13:13 12-12-2023 | icon 6636
Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 tələbə qəbul edəcək

 Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.

YeniAvropa xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildlrib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı davam edir.

“Ümumiyyətlə, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır. Yəni, dini sahədə çoxlu kadrlar hazırlasaq, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır", - deyə Komitə sədri qeyd edib.