logo

Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb

11:11 11-12-2023 | icon 6790
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb.

YeniAvropa xəbər verir ki, o, bu barədə "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı danışıb.

Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: "Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37 %-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur".