logo

Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı

18:58 09-12-2023 | icon 1127
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı

İndiyədək 30-a yaxın qadın dini ayinlərinin icraçısı müvafiq məscidlərə təyinatlar alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV-ə müsahibəsində deyib.

O, bildirib ki, qadın dini ayinlərinin icraçıları hər hansı dini mərasimi idarə etmir.

“Belə ki, qadın dini ayinlərinin icraçıları imam funksiyasını yerinə yetirmir. Onlar imamların tapşırığı ilə qadınlar arasında maarifləndirmə işinin təşkilində yaxından iştirak edirlər”, - deyə komitə sədri qeyd edib.

M.Qurbanlı, həmçinin komitənin tərkibində fəaliyyət göstərən attestasiya komissiyasının bu yaxınlarda işini davam etdirəcəyini, eyni zamanda, hazırda fəaliyyət göstərən din xadimlərinin də zaman-zaman attestasiyadan keçiriləcəyini vurğulayıb.