logo

Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü

09:09 09-12-2023 | icon 7826
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən YeniAvropa-ya bildirilib ki, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.