logo

AFFA üç klubu cərimələyib

14:24 06-12-2023 | icon 1519
AFFA üç klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə görən “Turan Tovuz” və “Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Kəpəz” klubları hərəyə 700 manat cərimə edilib.

Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam klubu 800 manat cərimələnib.