Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib, Deputatlar Palatasının sədri Azərbaycan parlamentinin sədrinin səfərindən məmnunluqlarını ifadə edərək, qanunverici orqanlarımız arasında yalnız spikerlər səviyyəsində deyil, komitələr, dostluq qrupları səviyyəsində də əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O cümlədən, Azərbaycanın Çexiyanın ikinci neft tədarükçüsü olduğu vurğulanıb. Əlaqələrin enerji, ticarət, iqtisadiyyat sahələrində inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilərək bildirilib ki, tərəflər arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir.
Görüşdə, həmçinin bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğu, ötən dövr ərzində dövlətlərarası münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb.
Milli Məclisin sədri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edib.
Görüşdə hazırda regionda mövcud vəziyyət barədə məlumat verən Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.
Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərib.
O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq hüququn normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini bildirib.
Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.
Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.
Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.
Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Deputatlar Palatasının inzibati binası ilə tanış olublar.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb