logo

Qırğızıstan dövlət bayrağını dəyişdirir

11:55 29-11-2023 | icon 1274
Qırğızıstan dövlət bayrağını dəyişdirir

Qırğızıstan parlamentinin deputatları respublikanın dövlət bayrağının dizaynının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

YeniAvropa xəbər verir ki, Qırğızıstan parlamentində keçirilən səsvermədə 66 deputat qanun layihəsinin lehinə, 8 nəfər isə əleyhinə səs verib.

“Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi noyabrın 28-də parlamentin Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin üzvləri tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Qırğızıstanın dövlət bayrağının hazırkı variantı 1992-ci ilin mart ayında parlament tərəfindən qəbul edilib və dizaynı indiyədək dəyişməyib.

Qeyd edək ki,Qırğızıstanın dövlət bayrağının yeni versiyasında Günəşin sacaqları indiki kimi əyri yox, düz şəkildədir.

Screenshot_3