logo

Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək

11:11 29-11-2023 | icon 2093
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək

2024-cü ildə Bakıda yenidən Beynəlxalq Sığorta Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

"Bildiyimiz kimi, 2020-ci ilə qədər hər il Azərbaycanda beynəlxalq sığorta forumu təşkil olunurdu. Lakin 2020-ci ildən bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası bir çox layihələrin olduğu kimi bu forumun da müvəqqəti dayanmasına səbəb oldu. Lakin biz 2024-cü ildə ölkəmizdə beynəlxalq sığorta forumu ənənəsini yenidən bərpa edəcəyik. Bu forumda yerli sığortaçılarımızın dünya sığorta bazarları ilə birbaşa kommunikasiyası güclənəcək və dünya sığortaçıları sığorta sektorumuzla yaxından tanış olacaqlar", - deyə E.Mirsalayev qeyd edib.