Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.
Qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır.
Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.
Vurğulanıb ki, işğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində, onun həqiqi simasını ifşa edir.
Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil.
“Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.
Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə, sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov