logo

Nəsimi rayonunda ticarət mərkəzində yanğın olub

16:56 28-11-2023 | icon 3976
Nəsimi rayonunda ticarət mərkəzində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) – 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə YeniAvropa-ya  qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, verilən məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.